BolgeXeber.Com » Xəbərlər » Yasamalda qaçqınların məskunlaşdığı binada yanğın olub-VİDEO

Yasamalda qaçqınların məskunlaşdığı binada yanğın olub-VİDEO

9-06-2017, 17:47
Oxunub: 2 598 Yasamalda qaçqınların məskunlaşdığı binada yanğın olub-VİDEOBakının Yasamal rayonu, Şərifzadə küçəsi 1-də məcburi köçkünlərün məskunlaşdığı yataqxanada güclü yanğın baş verib

Belə ki, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının digər evlərə keçməsinin qarşısını almaq üçün əlavə yanğınsöndürmə briqadaları əraziyə cəlb edilib.
Bina sakinləri hadisəni belə şərh ediblər.
Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev və Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov hadisə yerinə gələrək son vəziyyətlə tanış olublar.
Fövqaladə Hallar Nazirliyi əməkdaşı bildirib ki, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 m2 olan mənzillər 101 m2 sahədə yanıb.

Bolgexeber.com