BolgeXeber.Com » Xəbərlər » Anasının yerinə başqasını dəfn etdi - VİDEO

Anasının yerinə başqasını dəfn etdi - VİDEO

10-06-2017, 11:21
Oxunub: 2 326 Anasının yerinə başqasını dəfn etdi - VİDEOAdananın Kozan bölgəsindəki xəstəxanalardan birində cəsədlər qarışıq düşüb

Bolgexeber.com
xəbər verir ki, bölgənin Kozan dövlət xəstəxanasında eyni gündə dünyasını dəyişən iki qadının cənazəsi səhv verilib. Çiftçioğlu ailəsi dəfn üçün xəstəxanadan analarının cəsədini istəyib. Xəstəxana onlara səhvən Esenboğan ailəsinin cəsədini verib.

Cəsədlər dəfn olunduqdan sonra Çiftçioğlu ailəsindən bir nəfər xəstəxanada cəsədlərin səhv düşdüyünə dair iddia qaldırıb. İddia əsasında açılan məzarda həqiqətən də başqa qadının cəsədi olduğu aşkarlanıb.

Esenboğanlar ailəsinə məxsus cəsəd yenidən xəstəxananın morquna qaytarılıb. Xəstəxana tərəfindən ailəyə xəbər verildikdən sonra hər iki cəsəd dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Xəstəxana rəhbərliyi baş verən dəhşətli hadisə ilə bağlı ailələrdən üzr istəyib və lazımı tədbirlərin görüləcəyini bildirildi. (publika.az)