BolgeXeber.Com » Xəbərlər » Hacı Cavad Məscidi köçürülür: daha geniş ərazidə tikiləcək - VİDEO

Hacı Cavad Məscidi köçürülür: daha geniş ərazidə tikiləcək - VİDEO

10-06-2017, 13:33
Oxunub: 3 115 Hacı Cavad Məscidi köçürülür: daha geniş ərazidə tikiləcək - VİDEOSovetski adlanan ərazidə yerləşən Hacı Cavad Məscidi orda aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməli idi

Lakin dindarlar buna etiraz edirdilər. Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi komissiya dindarlarla aparılan danışıqlardan sonra məscidin sökülərək, Yasamal rayonu ərazisində, başqa yerdə tikilməsinə qərara verib. Şərifzadə küçəsindəki ərazidə artıq məscidin özülünün qazılmasına başlanıb.
Hacı Cavad Məscidi sökülərək Yasamal rayonunun başqa hissəsində, daha geniş ərazidə tikiləcək.
1 gümbəzli və bir minarəli məscid Şərifzadə küçəsi, 3 a ünvanında yerləşəcək. Bu haqda xəzər xəbərə Yasamal İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov məlumat verib.
Yeni tikiləcək məscdi əvvəlki məsciddən həm ərazisinə, həm də xidmət imkanlarına görə daha böyükdür.
Hazırda məscidin özülü qazılır. Gələn həftənin cümə günü təməl qoyma mərasimi olacaq.