Prezident İlham Əliyev Qazaxıstana gedəcək
10-06-2017, 16:11
Oxunub: 2 921
"Gələcəyin Enerjisi" EKSPO-2017 beynəlxalq sərgisinin Astanada dünənki möhtəşəm açılış mərasimindən sonra milli pavilyonlar, həmçinin Azərbaycan pavilyonu bu gün öz qapılarını açıb
Xatırladaq, EKSPO-2017 sərgisi ekoloji təmiz enerjinin alınması və karbon qazı tullantılarının azaldılmasıının müxtəlif üsullarına həsr edilib. Tədbirdə 115 ölkə və 22 beynəlxalq təşkilat iştirak edir. "Odlar Yurdu — keçmişdən gələcəyə enerji” adlanan Azərbaycanın milli pavilyonu 403,3 kvadratmetr sahəni əhatə edir.
Amma indiki halda söhbət hələ Azərbaycan pavilyonunun rəsmi açılışından getmir. Rəsmi açılış iyulun 9-da olacaq. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov virtualaz.org-un hazırda Astanada olan müxbirinə deyib ki, bu hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan paytaxtına gələcəyi gözlənilir.
Səfirin sözlərinə görə, 9 iyulda EKSPO-2017-də Azərbaycan Günü keçiriləcək və bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub.
Xatırladaq ki, dünyasını dəyişmiş Azərbaycanın energetika naziri Natiq Əliyev "Gələcəyin Enerjisi" EKSPO-2017-in beynəlxalq sərgisində Azərbaycanın milli komissarı olmalı idi. Virtualaz.org dəqiqləşdirib ki, milli komissar yeri hələlik boşdur. (virtualaz.org)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər