BolgeXeber.Com » Xəbərlər » Natiq Əliyevlə vida mərasimi keçirilib-VIDEO

Natiq Əliyevlə vida mərasimi keçirilib-VIDEO

10-06-2017, 20:40
Oxunub: 1 825 Natiq Əliyevlə vida mərasimi keçirilib-VIDEOŞəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycanın energetika naziri Natiq Əliyevla vida mərasimi keçirilib

Vida mərasimindən sonra Natiq Əliyev 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.
Daha sonra bir müddət müalicəsini İstanbulun "Florence Nightingle" xəstəxanasında davam etdirən Natiq Əliyev iyunun 8-də həmin xəstəxanada dünyasını dəyişib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektoruna xidmətindən danışıb.
Mərhumun oğlu Fərhad Əliyev çıxış edərək atasının müalicəsi müddətində göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya təşəkkür edib.

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə çalışıb. O, mərhumla bağlı xatirələrini bölüşüb.

Bolgexeber.com