BolgeXeber.Com » Xəbərlər » Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO

Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO

16-06-2017, 18:29
Oxunub: 3 968 Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTOBərdə Regional Mədəniyyət və Turizm İdarəsi "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər həyata keçirilir

15 iyun tarixi xalqımızın yaddaşına "Milli Qurtuluş Günü” kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu əlamətdar gün öz növbəsində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən də geniş şəkildə silsilə tədbirlərlə qeyd olunur. Tədbirlərdə vurğulanıb ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqın, dövlətçiliyin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub.

Regional İdarənin tabeliyində olan bütün nümayəndəliklər kimi Yevlax şəhər nümayəndəliyi də bu əlamətdar bayramı qeyd edib. Mədəniyyət müəssisələrində, istirahət parklarında, hərbi hissələrdə bayram şənlikləri təşkil edilərək əhalinin, şəxsi heyətin, o cümlədən şəhərə təşrif buyurmuş qonaqların mədəni istirahəti təmin edilib.

Regional İdarənin Yevlax Şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzi 15-iyun “Milli Qurtuluş gününə” həsr edilmiş “Mən Fəxr Edirəmki , Azərbaycanlıyam” adlı bayram tədbiri keçirib. Tədbir Yevlax şəhərində, Kür çayının sahilində yerləşən park-bulvarda, açıq hava altında baş tutub. Öncə çıxış edən şəhər Mədəniyyət Mərkəzinin direktoru “ Respublikanın Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev 15-iyun “Milli Qurtuluş günü” ilə bağlı Yevlaxlıları səmimi qəlbdən təbrik edib və “Xalq” şairi Zəlimxan Yaqubun “ Xalqımın Heydər oğlu ” şerini söyləyib. Yevlaxlılar isə Ulu Öndərimizə olan dərin ehtiramlarını gurultulu alqışlarla bildirdilər. Tədbirdə Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür” vokal instrumental ansamblı Ümümmilli Liderimizə həsr olunmuş mahnılar və şən musiqilərlə Yevlax şəhər sakinlərinə sözün əsl mənasında bayram ovqatı, həmçinin, gözəl bir bayram günü yaşadıblar.

Yevlax rayon Aran qəsəbə uşaq musiqi məktəbinin kollektivi isə 15 iyun 2017-ci il tarixdə Aran qəsəbəsində yerləşən N saylı hərbi hissədə zabit və əsgərlər qarşısında “15 iyun Milli Qurtuluş günü” münasibəti ilə konsert proqramı ilə çıxış ediblər. Konsert çərçivəsində musiqi məktəbinin kollektivi bir-birindən rəngarəng musiqi nömrələri ilə şəxsi heyətin mədəni istirahətini təmin ediblər.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mərkəzi kitabxanasında da şanlı “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş "Müstəqilliyimizin zəfər yürüşü" adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Yevlax şəhər MKS - in direktor müavini T.Həsənov açaraq bildirdi ki, : - “ 15 İyun Milli Qurtuluş günü xalqımızın dövlətçilik tarixində müstəsna əhəmiyyəti olan bir dövrdür. 24 il keçməsinə baxmayaraq o dövr hər bir azərbaycanlının yaddaşında yaşayır və daim yaşayacaqdır. Məhz həmin gün doğma Azərbaycanımız parçalanmaqdan, öz müstəqilliyini yenidən itirməkdən xilas oldu və o xilaskar xalqımızın böyük oğlu dünya şöhrətli siyasətçi Heydər Əliyev idi”.

Oxuculara xidmət şöbəsinin müdiri M.Rəşidova 15 iyun Milli Qurtuluş günündən sonra Ümummilli Liderimiz Heydər Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində qısa müddət ərzində ölkəmizin əldə etdiyi uğurlardan söz açıb.

Şəhər Mədəniyyət Mərkəzinin işçisi, Qarabağ müharibəsi veteranı N.Həsənov 15 iyun Milli Qurtuluş günündən sonra bir çox sahələrdə olduğu kimi, ordu quruculuğunda da aparılan uğurlu islahatlardan və bu islahatların nəticəsi olaraq Azərbaycan ordusunun yüksək inkişafından bəhs edib. O öz çıxışında qeyd edib ki, : - “ Biz inanırıq ki, Azərbaycanın qəhrəman oğulları Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı mənfur düşmənlərdən tezliklə azad edəcək və inanırıq ki, növbəti Milli Qurtuluş günü bayramını doğma Qarabağımızda qeyd edəcəyik”.

Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi də öz növbəsində bu əlamətdar günü qeyd edib. Belə ki, klub müəssisələrində, kitabxanalarda, musiqi məktəblərində bayram tədbirləri təşkil olunaraq şanlı tarixi həqiqətlərdən söz açılıb.

Mingəçevir şəhər Heydər Əliyev mərkəzi, A.Niftalıyev adına mədəniyyət mərkəzi ilə birgə “15 iyun Milli Qurtuluş günü” münasibətilə “Ulu Öndər Heydər Əliyev Müasir və Güclü Azərbaycanın Memarıdır” adı altında elmi-nəzəri konrans təşkil edib. Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb. Daha sonra isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən şəkillər və sənədlərə və filmə baxış keçirilib. Konfrans zamanı çıxışlar edilərək Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bununla yanaşı 1993-cü il iyunun 15-nin Azərbaycan xalqının mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğu bir daha vurğulanıb.

Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində “15 iyun Milli Qurtuluş günü” münasibətilə konsert proqramı təşkil edilib. Bir birindən gözəl musiqi nömrələri ilə davam edən tədbir davamlı alqışlarla qarşılanıb.

İdarənin Bərdə rayon nümayəndəliyində də şanlı tarixi gün geniş şəkildə qeyd olunub. Belə ki, nümayəndəliyin tabeliyində olan bütün mədəniyyət müəssisələrində müxtəlif tipli tədbir proqramları təşkil olunaraq əhalinin mədəni istirahəti təmin olunub.

Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda təşkil olunan tədbirdə rayonun incəsənət ustaları öz məharətlərin nümayiş etdiriblər. Tədbirdə çıxışlar edilərək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və gələcək inkişafın təməlini qoyduğu nəzərə çatdırılıb. Həmçinin o da vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Tədbir səhər 4 nömrəli uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib. Konsertdə rayon Mədəniyyət mərkəzinin solistləri, o cümlədən incəsənət məktəbinin istedadlı müəllim və şagird kontingenti əhaliyə əsl bayram abu havası yaşadıb. Bayram tədbirində yerli sakinlərlə yanaşı respublikanın digər bölgələrindən təşrif buyurmuş qonaqlar və turistlər də iştirak edib.

Bərdə rayon MKS-nin filiallarında da “15 iyun Milli Qurtuluş günü” silsilə tədbirlərlə qeyd olunub. Sistemin Kərimbəyli, Böyük Göyüşlü, İmamqulubəyli, Mollalı və digər filiallarında dəyirmi masalar , sərgilər təşkil olunub, həmçinin, Ulu öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Regional İdarənin Tərtər rayon nümayəndəliyi bu tarixi əlamətdar günü açıq hava altında geniş konsert proqramı ilə qeyd edib. Belə ki, Tərtər şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Tərtər rayon Mədəniyyət Mərkəzi və Uşaq Musiqi məktəbi rayon əhalisi, o cümlədən rayona gələn turistlərin qarşısında böyük konsert proqramı ilə çıxış edib.

Tədbirdə rayon mədəniyyət işçiləri ilə yanaşı digər idarə və müəsisələrin işçiləri, rayona gələn qonaqlar, həmçinin turistlər də iştirak edib.

Konsert proqramında vətənə, dövlətə aid mahnılar səsləndirilərək, vətənpərvərlik ruhunda rəqslər ifa edilib.

Konsert proqramı tamaşaçılar tərəfindən yüksək coşqu hissi və maraqla qarşılanıb.
Bolgexeber.com
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO
Bərdədə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilir-FOTO