BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın məşhur bacıları qırğına çıxdı - Məhkəməyə aparan düşmənçiliyin ŞOK TƏFƏRRÜATLARI
Azərbaycanın məşhur bacıları qırğına çıxdı - Məhkəməyə aparan düşmənçiliyin ŞOK TƏFƏRRÜATLARI
17-06-2017, 12:51
Oxunub: 3 076
Tanınmış bəstəkar Sədaqət Arifqızı ilə bacısı, məşhur həkim, Azərbaycanda “UZİ Gülər” kimi tanınan Gülər İbrahimova arasında qarşıdurma yaşanıb. Bacılar məhkəmədə üz-üzə gəliblər
Tanınmış bəstəkar Sədaqət Arifqızı ilə bacısı, məşhur həkim, Azərbaycanda “UZİ Gülər” kimi tanınan Gülər İbrahimova arasında qarşıdurma yaşanıb. Bacılar məhkəmədə üz-üzə gəliblər
Yenicag.az-a açıqlama verən xanım bəstəkar bacısı ilə ev üstündə düşmən olduğunu bildirib:
“Altı il əvvəl oğlum Ağasının qızı xərçəng xəstəliyindən dünyasını dəyişdi. Həmin vaxt oğlum dedi ki, ana, bu faciədən sonra o evdə yaşaya bilmərəm. Başı qızının dərdinə qarışdığı üçün evin alqı-satqı işini Gülərin oğluna həvalə etdi. Evi 195 minə satdıq. Sonra 165 min verib, uzaq qohumlardan birinin evini oğluma aldıq. Oğlum o evdə 5 il yaşadı, sonra da ailəsi ilə birgə Amerikaya köçdü. İndi bacım Gülər ailəlikcə məhkəməyə müraciət edib. İddia edib deyirlər ki, guya ev onlarındır. Oğlu da deyir ki, həmin evi 6 il əvvəl guya evi öz puluna alıb. Hansı ki, oğlum pulu ona öz əli ilə verib. Ev sənədlə oğlumun adınadır, bu illər ərzində bütün kommunal xərclər də onun adına ödənilib. Bacımgil evini aldığımız uzaq qohumlarını da öyrədiblər, məhkəmədə şahid kimi üzümüzə dururlar”.
S.Arifqızı evin oğlunun adına olmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim edib:
“Əlimizdə sənədlər də var. Sadəcə olaraq, o vaxt oğlum pulu ev almaq üçün bacımoğluna verəndə notariusdan sənəd almayıb. Oğlan məhkəmədə deyir ki, guya o pulu öz cibindən verib, bunu da əsas gətirərək, evin ona məxsus olmasını iddia edir. Yəqin fikirləşiblər ki, oğlum Amerikaya köçüb, boş evdir də, ələ keçirək. Bu da mənim doğma bacımın mənə elədiyi pisliklər. Susurdum, amma daha bıçaq sümüyə dirənib”.
S.Arifqızı 6 il əvvəl nəvəsinin yas mərasimindən sonra bacısı ilə düşmən kəsildiyini deyir:
“12 yaşında mələk kimi nəvəmi itirdim, həmin gün bacım Gülər bəzənib toya getmişdi. O vaxtdan onunla küsülüyəm. Həmişə paxıllığımı çəkib. İnd idə bütün ailə oğlumun evini əlindən almaq istəyir. Dərdimi kimə deyim, bilmirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər