BolgeXeber.Com » Xəbərlər » Konfederasiyalar Kuboku: Portuqaliya son dəqiqədə Meksika üzərində qələbəni əldən verib - VİDEO
Konfederasiyalar Kuboku: Portuqaliya son dəqiqədə Meksika üzərində qələbəni əldən verib - VİDEO
19-06-2017, 10:11
Oxunub: 2 928
Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku çərçivəsində "A" qrupunda ilk turun daha bir oyunu keçirilib
"Report"un məlumatına görə, Kazandakı eyniadlı arenada Portuqaliya ilə Meksika milliləri üz-üzə gəlib.
Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Son Avropa çempionları iki dəfə önə keçmələrinə baxmayaraq, hesabı qoruya bilməyiblər.
Beləliklə, ilk turun açılış matçında Yeni Zelandiyanı 2:0 hesabı ilə yenən Rusiya yığması "A" qrupunun vahid lideri olub. Portuqaliya və Meksika hərəyə 1 xalla 2 və 3-cü yerləri bölüşür. Xalsız qalan Yeni Zelandiya isə sonuncudur.
"B" qrupunda ilk oyun saat 22:00-da başlanacaq. Kamerun və Çili yığmaları arasında Moskvadakı "Spartak" stadionunda keçiriləcək görüşü sloveniyalı referi Damir Skomina idarə edəcək.
Konfederasiyalar Kuboku, I tur
A qrupu
18 iyun
19:00. Portuqaliya – Meksika - 2:2
Qollar: Rikardu Kuarejma, 34. Sedrik Suareş, 86 - Xavyer Ernandes, 42. Hektor Moreno, 90+1
Baş hakim: Nestor Pitana (Argentina)
"Kazan Arena"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər