BolgeXeber.Com » Xəbərlər » “Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib
“Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisinin telekommunikasiya xidmətləri təchizatı təmin edilib
23-06-2017, 16:34
Oxunub: 3 668
Bu gün start götürən “Formula-1” yarışı üzrə Azərbaycan Qran-prisi çərçivəsində digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirib
Nazirlik tərəfindən yarışların telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər görülüb.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin tələbatına uyğun olaraq mövcud infrastrukturdan istifadə etməklə tələb olunan sayda və istiqamətlərdə optik liflər, həmçinin, beynəlxalq çıxışları təmin edilməklə telefon xətti ayrılıb.
Nazirlikdən Bolgexeber.com-a verilən məlumata görə həmçinin, “Bakı Şəhər Halqası” keçən küçə və prospektlərdə kabel-kanalizasiya qurğularının lazımi mühafizəsi təmin edilib.
Eyni zamanda, dayanıqlı, yüksəksürətli internet təminatı üçün müvafiq işlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabel və 1000 ədəddən çox radiotezlik nominalı ayrılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər