Azərbaycanda siqaret kötüyünü yerə atanlar cərimələnəcək
23-06-2017, 16:40
Oxunub: 2 995
Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir
Bununla bağlı müddəa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə deyib ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: "İndidən cərimənin məbləğinin nə qədər olacağını demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək".
Həmçinin, qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər