BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

26-06-2017, 09:52
Oxunub: 1 873 Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdürBu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

Bolgexeber.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.