BolgeXeber.Com » Xəbərlər » Yardımlıda imtiyazlı ailələrə xüsusi diqqət və qayğı göstərilir-VIDEO

Yardımlıda imtiyazlı ailələrə xüsusi diqqət və qayğı göstərilir-VIDEO

26-06-2017, 16:03
Oxunub: 5 582 Yardımlıda imtiyazlı ailələrə xüsusi diqqət və qayğı göstərilir-VIDEOYardımlı rayonunda aparılan çoxşaxəli islahatlar son zamanlar daha geniş vüsət alıb

Belə ki, Yardımlı rayon Veteranlar Şurası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, veteranlara dəstək ictimai birliyi, Təhsil Şöbəsi və Səhiyyə ocaqları tərəfindən imtiyazlı ailələrə diqqət və qayğı göstərilir.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əsasında sözügedən dövlət qurumları bu diqqət və qayğının daha da artması yönündə işlər görürlər.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirlərdə az təminatlı ailələrə və həmçinin böyük vətən müharibəsi əlillərinə müəyyən hədiyyələr təqdim olunur.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, veteranlara dəstək ictimai birliyi öz növbəsində Yardımlı rayonunda şəhid vermiş ailələrə ev, avtomobil verilməsini və maddi yardım edilməsini təmin edir.

Təhsilin inkişafı üzrə Dövlət strategiyasının icrası istiqamətində Yardımlı rayonunda irimiqyaslı işlər görülüb.
Rayonun müasir avadanlıqlarla təchiz edilmiş məktəblərində təhsil alan uşaqların və gənclərin təlim - tərbiyəsi ilə yanaşı, onların vətənpərvər ruhda böyüməsində xüsusi önəm verilir.

Səhiyyə sahəsində də imtiyazlı Yardımlı sakinlərinə qayğı göstərilir. Vaxtaşırı onların müayinə və müalicə prosesləri pulsuz aparılır. İmtiyazlı ailələr dərman preparatları ilə təmin edilir.

Bir daha qeyd etmək yerinə düşər ki, əlaqədar qurumlar tərəfindən görülən bu işlərdə əsas məqsəd vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlib və bu islahatlar gələcəkdə daha yaxşı formada həyata keçiriləcək.
Bolgexeber.com