"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət
27-06-2017, 09:40
Oxunub: 4 565
Baş direktor Vüqar İbrahimov: Kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər
Əsasən iri həcmli marketlərdə, bəzən malın üzərində yazılan qiymətlə kassada vurulan qiymət üst-üstə düşmür. Səbəbini soruşanda isə kassirlər qiymətin səhv yazıldığını, fərq yüksək olduqda isə üzr istəyib, yanlışlığa yol verdiklərini bildirirlər.
«Neptun» marketdə bu cür halla qarşılaşan bir neçə vətəndaşın şikayətlərini yerində araşdırmaq üçün Sputnik olaraq marketin Tbilisi prospektində yerləşən filialına yaxınlaşdıq.
Marketin inzibatçısı Fərid Nəsirov, vətəndaşların şikayətlərini daim nəzərə aldıqlarını, qiymətlərdə hər hansı səhvə yol verildiyində dərhal düzəliş etdiklərini dedi.
“Təkcə “Azərsun” şirkətinə aid 10-a yaxın məhsulda 1 gündə fərqli qiymət dəyişiklikləri olur. Bu səbəblə də qiymət cədvəlini anında hazırlayıb rəflərə vurmaq mümkün olmur”. Bunu isə Sputnik-ə özəl müsahibəsində Neptun marketlər şəbəkəsinin baş direktoru Vüqar İbrahimov deyib.
Onun sözlərinə görə, marketdə 22 minə yaxın məhsul var və bir çox şirkətlər öz mallarının qiymətlərini tez-tez dəyişirlər.
“Qiymətlərdə tez-tez dəyişikliklər olduğundan biz bunu rəflərə anında yazdıra bilmirik. Sadəcə bir məhsulda qiymət dəyişikliyini rəfə yazdırmaq bizə 30-40 qəpiyə başa gəlir. Ancaq buna baxmayaraq, vətəndaşların bilməsini istəyirik ki, kassada deyilən qiymət rəflərdə yazılan qiymətdən bahadırsa onlar rəfdəki qiyməti ödəsinlər. Kassirdən bunu tələb etsinlər”, — deyə İbrahimov əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər