Kürdəmir sakinləri nədən narazıdır? - ŞİKAYƏT
28-06-2017, 10:45
Oxunub: 3 077
«3 il əvvəl yolda əsaslı təmir işləri aparıldı. Heç bir il keçmədi, yol dağıldı. Niyə? Ona görə ki, yolun təmirinə ayrılmış vəsaitin böyük hissəsini qatlayıb ciblərinə yığdılar... İşi də keyfiyyətsiz gördülər»
Kürdəmirin Mollakənd sakinləri göndərdikləri məktubda öz suallarını özləri də cavablayıblar.
Təbii sual doğur ki, mollakəndlilərin yol problemi niyə çözülmür? Kənd sakini Zaur Hacıyevin sözlərinə görə, bütövlükdə 43 kilometr olan Zərdab-Mollakənd yolunun təmiri Zərdaba düşən tərəfdəki 26 kilometrlik bölümdən başlanıb və ardından Mollakənd yolunda iş görülüb. Ümumilikdə bu yola ayrılan vəsait mənimsənildiyindən, işlər keyfiyyət tələblərinə cavab verməyib:
«Yolu «Azəravtoyol» ASC-nin 71 saylı Yol İstismar İdarəsi təmir edib. Gəlin, görün, 3 ilə çəkilən yol necə cadar-cadar olub. Çəkilən yoldan əsər-əlamət qalmayıb. Keyfiyyətsiz material, ucuz və səriştəsiz fəhlə qüvvəsinin gördüyü iş bundan artıq ola bilməzdi. Pul bizim cibimizdən büdcəyə yığılır, oradan da yol təmiri adıyla ayrı-ayrı məmurların cibinə gedir».
Sakinlər bildirirlər ki, yararsız hala düşən yolda çuxurlar törəndiyindən qəzalar da qaçılmaz olur.
Kənd sakini Nadir Quliyev də qısa müddətdə yolun bərbad vəziyyətə düşməsindən təəccübünü gizlətmir: «Zərdabdan kəndimizə yol çəkiləndə o qədər sevindik... Çox əziyyət çəkirdik. Bu kəndlə Zərdabı təsərrüfatlar da bağlayır, bir çox sosial məsələ də. Belə görünür, yenə o günlərə qayıtmaq üzrəyik».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər