Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir
29-06-2017, 13:28
Oxunub: 2 713
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır
Bu barədə açıqlamasında Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: “Bunun üçün bina tikilməzdən öncə ordakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir. Eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Əslində, öncədən qeydiyyat mexanizmi çoxdan var, sadəcə ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurdu”.
Q.Xəlilov onu da deyib ki, vətəndaşlara tikinti şirkətlərindən aldıqları mənzillərə görə veriləcək arayışda yaşayış sahəsinin dəqiq ölçüsü göstəriləcək. Bu isə MTK-ların insanları ölçü məsələsində aldatmasına imkan verməyəcək. Daha bir maraqlı və mühüm məqam isə ondan ibarətdir ki, öncədən qeydiyyat əsasında mənzili ipotekaya qoymaq mümkün olacaq.
Qeyd edək ki, sabah ƏMDK “Daşınmaz əmlakın öncədən qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçirəcək. Prosesin mahiyyəti, ümumilikdə daşınmaz əmlak bazarının inkişafına müsbət təsirləri barədə ictimaiyyətə məlumat veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər