Azərbaycanlı modelin olduğu yaxta aşdı: meyiti Bilgəhdə tapılıb(yenilənib)
29-06-2017, 17:23
Oxunub: 4 534
“Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı Günel Mirzəyeva faciəvi şəkildə dünyasını dəyişib
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən Sputnik.az saytına verilən məlumata görə, Günel Mirzəyevanın cəsədi Bilgəh çiməriyindən tapılıb. Cəsəd hələlik mərhumun yaxınlarına təhvil verilməyib.
İlkin məlumatlara görə, G.Mirzəyeva dostları ilə birgə yaxtada dincəlməyə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G.Mirzəyeva dənizdə batıb. Üzməyi bacarmayan G.Mirzəyevanı xilas etməyə çalışsalar da, nəticəsi olmayıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.
***
Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyevanın dünyasını dəyişdiyi ehtimal olunur.
1news.az-ın məlumatına görə, bu haqda Günelin yaxın dostu xəbər verib.
O bildirib ki, Günel dənizdə boğulub: "Hadisə "vəhşi" çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.
Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən".
Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.
Bolgexeber.com 1news.az-a istinadən xəbər verir ki, fitness məşqçisi dənizdə boğularaq həyatını itirib. Onun cəsədi hələ də tapılmayıb.
Bu barədə Mirzəyevanın dostları sosial şəbəkədə məlumat yayıblar.
“Günel dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas olsa da, onu tapmaq mümkün olmayıb. Günelin cəsədi hələ də tapılmayıb, axtarışlar davam edir” - deyə bildirilib.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər