BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir
Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir
29-06-2017, 16:04
Oxunub: 2 372
İyunun 26-dan 28-dək Tbilisi şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Gürcüstan Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci regional konfransı keçirilmişdir
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini -Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası və kibercinayətkarlıq mövzusunda keçirilən konfransda 30-dan artıq ölkənin hüquq-mühafizə orqanlarının rəsmiləri iştirak etmiş, elektron valyutada olan əmlakların və digər əmlak növlərinin izlənilməsi, müsadirəsi, bərpası və effektiv idarə edilməsi, elektron valyuta ilə törədilən çirkli pulların yuyulması cinayətlərinin istintaqı zamanı sübutların toplanılması və digər məsələlər müzakirə edilmişdir.
Tədbir çərçivəsində K.Əliyev Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Gürcüstan kütləvi informasiya vasitələrinin suallarını cavablandırmış, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verilmişdir.
İştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes