Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO
29-06-2017, 18:24
Oxunub: 2 797
Bakının Görədil qəsəbəsində yerləşən “Abşeron Marina” restoranında müştərilər aldadılır
Bu haqda AZXEBER.COM-a həmin restorana müştəri kimi gedən Tural Əliyev adlı vətəndaş deyib. Onun dediyinə görə, restoranda səslənən musiqiyə görə onlardan 32 manat əlavə pul alınıb: “Biz ailəlikcə “Abşeron Marina” restoranına getdik. Hesabı istəyəndə isə hamımız şoka düşdük. Hesabımıza əlavə 32 manat yazılmışdı, buna səbəb isə orada səslənən musiqi idi”.
Şikayətçi deyir ki, onlar musiqi səslənən ərazidən kənarda oturmalarına baxmayaraq pul verməyə məcbur olublar: “Mən bu günə qədər belə halla qarşılaşmamışdım. Bizə dedilər ki, xoşunuz gəlmir, daha bura gəlməyin, bizdə belədir. Yəni, 8 nəfər olduğumuza görə musiqiyə 32 manat verdik. Anlamıram ki, musiqi yeməli bir şeydir ki, onu da menyuya əlavə edirlər?”
Müştəri deyib ki, onlardan servis haqqı da 19 manat 14 qəpik alıblar: “Biz 20 manat servis haqqı verdik, əslində bu da mübahisəli məsələdir. Ancaq biz bunu veririksə, daha musiqi pulu niyə alırilar? Orada oxuyan müğənni heç günə 50 manat almır, onun pulunu mən niyə verməliyəm? Mən musiqi istəmirəm. Sizin sayt vasitənizlə hər kəsə müraciət edirəm ki, bunu bilsinlər və onlar aldanmasınlar”
Şikayətçi çeki də təqdim edib:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər