BolgeXeber.Com » Xəbərlər » Bakı Zooparkı yenidən qurulacaq - VİDEO

Bakı Zooparkı yenidən qurulacaq - VİDEO

30-06-2017, 11:02
Oxunub: 2 061 Bakı Zooparkı yenidən qurulacaq - VİDEOBakı Zooparkı yenidən qurulacaq. Ərazi genişləndiriləcək, qəfəslər böyüdüləcək

Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə zooparkda yenidənqurma işlərinin aparılması üçün yeni layihə hazırlanır.
Yenidənqurma işləri çərçivəsində zooparkda müxtəlif əyləncə məkanları da olacaq, zooparkın əməkdaşlarına əcnəbi mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur. Yenidənqurma işlərindən sonra heyvanların çeşidlərinin də artırılması nəzərdə tutulur.
Eyni zamanda burada qonaqlara heyvanlar və Azərbycanın təbiəti haqqında daha geniş məlumat veriləcək.
İşlər yekunlaşdıqdan sonra zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə və kəpənəklər evinin də fəaliyyət göstərəcəyi gözlənilir.