Ağsuda polis mayorunun oğlu kanalda boğuldu - 2 gün sonra hərbi xidmətə gedəcəkdi
30-06-2017, 11:38
Oxunub: 3 999
Ağsu rayonunda gənc oğlan su kanalında çimərkən boğulub. Hadisə Yuxarı Şirvan kanalının Ağsunun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb
Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsindəki 6 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Firudin Vasif oğlu bibisi və əmisi oğlanları ilə birgə Yuxarı Şirvan kanalının kənarında yemək yeyəndən sonra suda çimməyə başlayıblar. Firudin Əhmədov üzməyi yaxşı bacarmadığı üçün suyun sürətlə axan yerində ehtiyatsızlıq səbəbindən boğulub. Qohumları onun suda batmasından gec xəbər tutub və köməksiz vəziyyətdə qalan 22 yaşlı F. Əhmədov dünyasını dəyişib.
Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Kürdəmir rayon Polis Şöbəsinin kadrlar şöbəsinin baş inspektoru, mayor Vasif Əhmədovun oğlu olan Firudin Əhmədov bu il Qafqaz Universitetini bitirib və iyulun 1-də hərbi xidmətə yola düşəcəkmiş. Hadisə onun hərbi xidmətə yola salınması münasibətilə yaşadığı evdə keçirilən mərasimdən sonra baş verib.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər