BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
30-06-2017, 18:06
Oxunub: 2 832
Vyanada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyasının təftiş qrupunun sessiyası keçirilib
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyevdən ibarət nümayəndə heyəti iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a bildiriblər ki, Konvensiyaya tərəf olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Konvensiyanın implementasiyasının müxtəlif aspektləri, o cümlədən implementasiya mexanizminin təkmilləşdirilməsinə yönələn addımlar müzakirə edilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində əldə olunmuş nailiyyətlərə dair səmərəli təcrübə mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində ölkəmizdə ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, rüşvətxorluğun milli qanunvericilikdə Konvensiyanın müddəalarına uyğun olaraq kriminallaşdırılması aspektrləri barədə ətraflı məlumat verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər