BolgeXeber.Com » Xəbərlər » Zaqatalada ikibaşlı ilan tapılıb - VİDEO

Zaqatalada ikibaşlı ilan tapılıb - VİDEO

1-07-2017, 15:53
Oxunub: 2 380 Zaqatalada ikibaşlı ilan tapılıb - VİDEOOnun üçün nə irəli var, nə geri, nə sağ var, nə sol. Bütün istiqamətlər onun üçün eynidir

Çünki iki başı var. Söhbət hər zaman rast gəlinən ikibaşlı canlıdan deyil, quyruğunda ikinci başı olan ilandan gedir. Qədim tarixi emblemlərdən bizə tanış gələn quyruğunda başı olan ilan bu dəfə rəvayətlərdən real həyata qonaq gəlib.

Dia.az-ın ARB TV-yə istinadən verdiyi məlumata görə, Zaqatalada quyruğunda da başı olan ilan tapılıb. Uzunluğu 35 santimetr olan bu qeyri-adi ilan görənləri heyrətə salır. İlanın hər iki başı eyni dərəcədə aktivdir və hər tərəfdəki gözləri görmə qabiliyyətinə sahibdir. Təcrübəsi olanlar deyir ki, daha öncələr də ikibaşlı ilana rast gəlinib, ancaq quyruğunda başı olan ilan ilk dəfədir ki, görülür.

Zooloqların bildirdiyinə görə, Amfisbena adlanan bu ilan dünyada nadir rast gəlinən sürünəndir. Lakin hələ qədim tarixçilərin əsərlərində belə amfisbena haqqında müəyyən yazılar qeyd olunub. Hətta zirəklik rəmzi hesab edilən bu canlının təsviri bir çox qədim simvollarda da öz əksini tapıb. Azərbaycanda geniş yayılmasa da nadir hallarda bəzi ərazilərimizdə rast gəlinib. Lakin tarixi rəvayətlərdəki mistik obrazı ilə hər zaman insanların marağına səbəb olub.