BolgeXeber.Com » Xəbərlər » Nazirlər Qəbələdə - fotolar

Nazirlər Qəbələdə - fotolar

2-07-2017, 22:47
Oxunub: 2 901 Nazirlər Qəbələdə - fotolarKəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” V Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinə yekun vurulub.

Axşam.az xəbər verir ki, yekun tədbirlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində “dəyirmi masa” keçirilib.

Sonra tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə baxıblar.

Qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bəstəkar Sevinc Tofiqqızının "İgidlər yurdusan ey Azərbaycan" mahnısı "Azəri inciləri" tərəfindən səsləndirilib. S.Tofiqqızı bildirib ki, FHN-ə həsr etdiyi "Cəsur cəngavərlər" adlı bəstəsini də Kəmaləddin Heydərova təqdim edib.

Foto: İlqam CƏBİYEV
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar
Nazirlər Qəbələdə - fotolar