Kür çayında boğulan ikinci polisin də meyiti tapıldı
3-07-2017, 12:10
Oxunub: 2 745
Kür çayında batan digər polis əməkdaşının da meyiti tapılıb
Bolgexeber.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Rəsmi məlumata görə, iyulun 2-də Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevin cəsədi saat 09:27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Bundan əvvəl digər polis işçisi, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi taplılmışdı.
Xatırladaq ki, iyulun 2-də üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən vaxt su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.
Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər