BolgeXeber.Com » Xəbərlər » Lerikdə gənc qız xalası oğlu tərəfindən bıçaqlanıb-VİDEO

Lerikdə gənc qız xalası oğlu tərəfindən bıçaqlanıb-VİDEO

3-07-2017, 13:44
Oxunub: 2 357 Lerikdə gənc qız xalası oğlu tərəfindən bıçaqlanıb-VİDEOLerikdə bıçaqlanma hadisəsi baş verib

Hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini 24 yaşlı Ülviyyə Nəhmətov beş bıçaq yarası ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Ağır vəziyyətdə olan qadın dərhal əməliyyata götürülüb. Araşdırmalar zamanı məlum olub ki, hadisəni Lerikin Bibiyan kənd sakini Ülviyyə Nəhmətovanın xalası oğlu Ramin adlı şəxs törədib. İnsident zamanı qızın atası 1968-ci il təvəllüdlü Bahadur Nəhmətov da çənə nahiyəsindən bıçaq zərbəsi alıb.
Hadisəyə səbəb, ailəli olan qızın xalası oğlu tərəfindən qaçırılmaq istəməsi olub. Bundan bir müddət öncə də eyni əmələ əl atan Ramin xalası qızını qaçırmaq istəyəndə qız polis əməkdaşları tərəfindən onun əlindən zorla alınmışdı.

Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com