BolgeXeber.Com » Xəbərlər » Nazir Şəkidə vətəndaşlarla görüşəcək

Nazir Şəkidə vətəndaşlarla görüşəcək

4-07-2017, 11:35
Oxunub: 2 756 Nazir Şəkidə vətəndaşlarla görüşəcəkEyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 7-də saat 1230-da Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Şəki rayonunda 024 2448790

Oğuz rayonunda 024 2152999

Qəbələ rayonunda 024 2052599

Qax rayonunda 024 2552980

Zaqatala rayonunda 024 2252999

Balakən rayonunda 024 2951700

nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Bolgexeber.com