BolgeXeber.Com » Xəbərlər » Kürdəmirdə qeyri-adi canlı peyda olub – VİDEO

Kürdəmirdə qeyri-adi canlı peyda olub – VİDEO

4-07-2017, 12:49
Oxunub: 4 515 Kürdəmirdə qeyri-adi canlı peyda olub – VİDEOKürdəmir rayonunda qeyri-adi canlı aşkarlanıb

Bolgexeber.com ARB TV-yə istinadən xəbər verir ki, canlını tutan kənd sakini Seymur Hüseynov bildirir ki, birinci dəfədir belə bir heyvanla qarşılaşır.

“Bu gün səhər-səhər həyətyanı sahəmdə ot bağlayarkən, press otu bağlaya-bağlaya gedirdi, mən də arxasınca gəlirdim, balaca topa ot qalmışdı, otu qaldırdığım halda onun altından çıxıb, ayağıma cumdu. Heç təsadüf eləməmişəm. Yaşlı olan insanlara da yolboyu göstərmişəm, hələ belə bir heyvana təsadüf olunduğunu görməyiblər”, – Seymur Hüseynov deyib.

Kürdəmir rayon sakini Surxay Əsədov isə bildirib ki, kərtənkələyə bənzəyən bu canlının daha təhlükəli olması ehtimalındadır:

“Bu baladır, bunun anası var. Yoxlamaq lazımdır ki, bu necədir. Balaca heyvan, ağır zəhərli. Bunun zəhəri ilandan pisdir”.

Tapılan heyvanın hansı növə aid olması barədə ən dəqiq fikri isə mütəxəssislər söyləyəcək.