BolgeXeber.Com » Xəbərlər » Müdaxiləsi kifayətsiz qalan həkim mərhumun qohumları tərəfindən döyüldü-VİDEO

Müdaxiləsi kifayətsiz qalan həkim mərhumun qohumları tərəfindən döyüldü-VİDEO

4-07-2017, 14:43
Oxunub: 1 888 Müdaxiləsi kifayətsiz qalan həkim mərhumun qohumları tərəfindən döyüldü-VİDEOLənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi toyda halı pisləşən qadının həyatını xilas edə bilmədiyi üçün döyülüb

Bölgə TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.
Bala Məmməd küçəsi, ev 2-də yaşayan 60 yaşlı Xeyranisə Axundovanın halı toyda qəfildən pisləşib. Ona ilkin tibbi yardım göstərilməsi üçün qohumları “103” Çağrı Mərkəzinə zəng edərək, şadlıq sarayına təcili yardım çağırıblar. Lakin həkimin müdaxiləsi kifayət etməyib və xəstə ürəktutmasından keçinib.
Mərhumun həyatını xilas edə bilmədiyi üçün həkimə qəzəblənən qohumlar hadisə yerinə gələn 29 yaşlı həkim Vüsal Həsənovu döyüblər.
Qeyd edək ki, həkim Vüsal Həsənov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.