Prezident mükafatçısı olan Binəqədi gənci İdarə rəisi oldu
5-07-2017, 10:46
Oxunub: 2 518
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilib
İcra hakimiyyətindən verilən məlumata görə, E.Aslanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurub.
2008-ci ildən Azərbaycan Tələbələr Birliyinin sədridir. 2013-cü ildən Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədr müavinidir.
Bir çox yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır, eyni zamanda, bəzi tədbirlərdə ekspert və təlimçi kimi çıxış edib.
İctimai fəaliyyət sahəsində xüsusi fərqləndiyi üçün 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatı ilə mükafatlandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər