Zəhra və nənəsi dəfn olundu- KÖRPƏ SON MƏNZİLƏ ATASININ QUCAĞINDA GETDİ - FOTOLAR
5-07-2017, 14:16
Oxunub: 3 846
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı dəfn olunub
Bolgexeber.com-un “Report”a istinadən verdiyi məlumata görə, mərasimdə mərhumların ailə üzvləri ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət nümayəndələri də iştirak edib.
İcra Hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün mərhumların yas mərasimini Alxanlı kəndində deyil, digər qəsəbədə keçirilməsini qərara alıb.
Nənə və nəvə Alxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hazırda onun səhhəti stabildir.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər