BolgeXeber.Com » Xəbərlər » Tərtərdə yol tikintisinə 7 milyon manat ayrılıb

Tərtərdə yol tikintisinə 7 milyon manat ayrılıb

5-07-2017, 18:36
Oxunub: 2 008 Tərtərdə yol tikintisinə 7 milyon manat ayrılıbPrezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.