BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO

Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO

6-07-2017, 16:13
Oxunub: 5 224 Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTOTədbirdə layihə çərçivəsində hazırlanmış sorğu anketləri paylanmış və sorğu anketininsualları iştirakşılar tərəfindən cavablandırılmışdır

Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” Ictimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı üzrə İctimai iştirakçılığın genişləndirilməsi ilə bağlı fəaliyyətin monitorinqi" layihəsi çərçivəsində 6 iyul 2017-ci il tarixidə Hacıqabul şəhəridə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı İndira Şəmsivari mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermşdir. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Tədbirdə layihə çərçivəsində hazırlanmış sorğu anketləri paylanmış və sorğu anketininsualları iştirakşılar tərəfindən cavablandırılmışdır.Layihə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, “İctimai iştirakçılıq haqqında qanunun” tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək ictimai şuraların yaradılması prosesini sürətləndirmək, ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşкilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtməк ümumi səyləri birləşdirərəк birgə fəаliyyətə nаil оlmаq, fəаliyyətin еffекtivliyini аrtırmаq məqsədi ilə həyata keçirilir.
Bolgexeber.com
Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO
Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO
Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO
Hacıqabul rayonunda Heydər Əliyev Mərkəzində Açıq hökumətin təşviqinə dair tədbir keçirildi-FOTO