BolgeXeber.Com » Xəbərlər » İkiyaşlı Zəhra necə bombardman altında qaldı - VİDEO

İkiyaşlı Zəhra necə bombardman altında qaldı - VİDEO

6-07-2017, 18:39
Oxunub: 2 325 İkiyaşlı Zəhra necə bombardman altında qaldı - VİDEOXəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub

ARB TV xatırladır ki, ağır qəlpə yarası alan 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının müalicəsi N saylı hərbi hospitalda davam etdirilir. 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının nəşi isə Zobucuq qəsəbəsinə gətirilib. Alxanlı kəndində dinc sakinlərin və mülki obyektlərin atəşə tutulması səbəbindən yas mərasimi burada keçirilib.
Zəhranın əmisi deyir: “Mərmi başımın üstündən keçdi. Əyildim ki, yanıma düşəcək. Gördüm ki, qabağa qardaşımgilin həyətinə düşdü”.
Zəhranın qohumu: “Onların həyətinə düşdü. Getdik gördük ki, 3 nəfərdən 2-si rəhmətə gedib. Erməninin gücü ancaq yaş yarımlıq uşağa çatır”.
Tibbi ekspertizadan sonra dəfn mərasimi keçirilib.
Reportajda vurğulanır ki, Alxanlı kəndi tez-tez düşmən atəşi ilə üz-üzə qalsa da, bu, kənd sakinlərini qorxutmur.
“Nə vaxt lazımdırsa, ordumuza dəstək duracayıq. Ordumuza güvənirik. Lələtəpəni 2-3 saat içində geri almışıqsa, hər şeyə qadirik”, – deyə kənd sakinləri vurğulayıblar.