Füzuli Aqroparkında pivotların montaj işlərinə start verilib
7-07-2017, 12:38
Oxunub: 3 563
Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən respublikada iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması üçün strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatın idxaldan asılılığını azaltmaq məqsədilə regionlarda Aqroparkların yaradılması nəzərdə tutulmuşdur. Prezident cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq Füzuli rayonu ərazisində də Aqroparkın yaradılmasına start verilmişdir. Bu məqsədlə rayonun inzibati ərazisinə aid olan əvvəllər kortəbii şəkildə istifadə olunan dövlət qış otlaq fondu torpaqlarından 2700 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək Aqroparkın istifadəsinə verlmişdir. Hazırda 2700 hektar ərazini əhatə edəcək aqroparkda 11 ədəd müasir pivot sistemi gətirilmiş, infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılmışdır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahə istifadəyə veriləcək ki, burada ölkəmizin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək. Aqroparkın ərazisində, həmçinin 1000 başlıq müasir intensiv südlük istiqamətli heyvandarlıq kompleksi də yaradılacaq. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçiriləcək. “Füzuli Aqropark”ın yaradılması layihəsinin icrasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditlərindən istifadə olunacaq.
Aqroparkın yaradılması, eyni zamanda, məcburi köçkün ailələrin iş təminatı ilə bağlı sosialyönümlü bir layihədir. Belə ki, aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində xüsusilə Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər