Futbolçumuz canlı yayımda topla vurduğu xanımdan üzr istədi – VİDEO
8-07-2017, 10:36
Oxunub: 3 151
Ötən gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “İnter” – “Mladost” (Serbiya) matçından öncə xoşagəlməz anlar yaşanıb
Yenicag.az xəbər verir ki, qarşılaşmanı canlı yayımlayan “CBC Sport” telekanalının müxbiri Səmra Əliyeva matç öncəsində bakılıların məşqçisi Zaur İsmayılovdan açıqlama alan zaman, futbolçu Mirhüseyn Seyidovun vurduğu top xanım müxbirin üzünə dəyib. Buna baxmayaraq , S. Əliyeva peşəkarlıq nümayiş etdirərək özünü itirməyib, canlı yayımı davam etdirib.
Saytımıza açıqlama verən Mirhüseyn Seyidov müxbirin onu bağışladığını dedi:
“Həmin vaxt komanda məşq edirdi. Biz də iki-üç nəfərlə bir-birimizə uzaq ötürmələr edirdik. Yer də sürüşkən idi. Ötürmə vaxtı da top təsadüfən Səmra xanımın üzünə dəyib. Dünən videonu görəndə çox pis oldum. Xanımın özü ilə danışıb, üzrxahlıq etmişəm. Bu gün də bir kiçik hədiyyə göndərib, təkrar üzr istəmişəm. O da dedi ki, bu, mənim işimdir. Qarşılıqlı anlayışla bir-birimizi başa düşdük”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər