Pomidor, kələm, yoxsa ekzotik gül? FOTO
8-07-2017, 12:47
Oxunub: 7 794
Şabranlı təsərrüfatçı Rəşad Novruzov pomidor sahəsində qeyri-adi halla rastlaşıb. Onun yetişdirdiyi pomidorların forması görənləri təəccübləndirir
AZƏRTAC xəbər verir ki, Rəşad Novruzov rayonun Rəhimli kəndində bir hektara yaxın sahədə pomidor becərir. Təsərrüfatçı bu il pomidorun "Sultan” adlanan növünü əkib. Məhsul yetişmək ərəfəsində olanda isə kiçik bir ərazidə pomidorların formasının fərqli olduğunu müşahidə edib. Buradakı şitillərin üzərində olan pomidorlar formasına görə ilk baxışda kələmi və ya hansısa ekzotik gülü xatırladır.
İlk dəfədir belə halla rastlaşan Rəşad Novruzov bu çatışmazlığın toxumlarda və ya şitillərdə olan hər hansı xəstəliklə əlaqəli baş verdiyini ehtimal edir. Bundan başqa, həmin pomidorların başqa tərəvəzlərlə tozlanması da buna səbəb ola bilər.
Təsərrüfatçı bildirir ki, pomidorun qeyri-adi formada yetişməsi məhsuldarlığa mənfi təsir göstərməyib. Həmin şitillərin üzərində də bol məhsul var.
Şabranlı təsərrüfatçı qeyri-adi formada olan pomidorları qızardıqdan sonra hansı formada olacağını müşahidə etmək üçün tam yetişənədək tağda saxlamaq fikrindədir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər