İcra başçısı villasını satışa çıxarıb - İDDİA
8-07-2017, 17:51
Oxunub: 3 529
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Abşeron rayonu Goradil kəndində yerləşən dəbdəbəli villalarından birini satışa çıxarıb
Faktinfo.az-ın əldə etdiyi məlumata görə, Asif Ağayevin satışa çıxardığı villa keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova məxsus mülklə eyni küçədə, yaxın məsafədə yerləşir. Bir zaman keçmiş nazirlə eyni məhəllədə yaşayan İcra Başçısının hazırda villasını hansısa səbəbdən satışa çıxarması müəyyən suallar doğurur.
Onu da qeyd edək ki, “Socar” prezidenti Rövnəq Abdullayevin adamı olduğu söylənilən Asif Ağayev Şamaxı rayonunu istənilən şəkildə idarə edə bilmədi. O, bir çox sahibkarlara problemlər yaşatdı, təhsil, səhiyyə və digər sahələrə təyin etdiyi rəhbər şəxslərin ətrafında müxtəlif söz-söhbətlər gəzdi, onlarla şəxs banklara borclandı. Hazırda da A.Ağayevin adı saytlarda müxtəlif qalmaqallara görə hallanır.
Əldə etdiyimiz son məlumata görə o,vəzifəsini Bakının rayonlarından birinə dəyişmək istəyir.
Məlumat üçün bildirək ki,qarşı tərəfin mövqeyini örgənmək mümkün olmadı.Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər