BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək
10-07-2017, 10:46
Oxunub: 3 088
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 14 iyul 2017-ci il tarixdə Şəmkir rayonunda vətəndaş qəbulu keçirəcək
Komitədən Bolgexeber.com-a verilən məlumata görə, qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.
Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri ilə bağlı vətəndaşları qəbul edəcək.
Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Komitənin 12 saylı ərazi şöbəsi: (2229) 5-17-96, (2230) 2-33-71
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı ərazi idarəsi: (02230) 5-35-90, (02232) 6-01-54
Eyni zamanda vətəndaşlar Qazax r. H.Əliyev küç., 75 və Şəmkir şəhəri, AZ 5700, H.Əliyev prospekti, 13 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər