Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?
11-07-2017, 11:06
Oxunub: 2 622
Son illərdə Bakıda bir çox avtobus dayanacaqlarında və digər açıq məkanlarda havanın temperaturunu göstərən xüsusi löhvələr quraşdırılıb
Lakin maraqlı məqam odur ki, bu lövhələrdə qeyd edilən temperatur sinoptiklərin rəsmi olaraq, açıqladığı temperaturdan daha yüksək olur.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, əslində, dayanacaqlarda, açıq məkanlarda və maşınlarda quraşdırılan termometrlər havanın temperaturunu düzgün göstərmir. Çünki əslində, havanın temperaturu qəbul olunmuş standartlara uyğun olaraq, kölgədə ölçülməlidir.
A.Verdiyev qeyd edib ki, Azərbaycanda da sinoptiklər havanın temperaturunu birbaşa torpaq üzərində deyil, torpaq səthindən 2 metr hündürlükdə quraşdırılmış psixrometrik köşkə yerləşdirilmiş termometrlər vasitəsilə ölçülür: "Bu termometrlər vasitəsilə kölgəli şəraitdə həm havanın temperaturu, həm də rütubəti ölçülür. Dayanacaqlarda və digər açıq məkanlarda quraşdırılmış termometrlərə isə günəş şüası çox təsir etdiyindən o qızır və civə sütunu qalxır. Nəticədə lövhələrdə olduqca yüksək temperatur göstərilir. Bu isə həqiqi temperaturu əks etdirmir. Eyni vəziyyət maşınlarda da olur. Maşınlar isti yay günlərində həddindən artıq qızdığından onun icərisindəki temperaturda da civə yüksəlir. Bunun da nəticəsində maşında da havanın temperaturu yüksək göstərilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər