BolgeXeber.Com » Xəbərlər » Universal döyüşçülərin və samboçuların təlim-məşq toplanışları davam edir-VİDEO

Universal döyüşçülərin və samboçuların təlim-məşq toplanışları davam edir-VİDEO

11-07-2017, 13:53
Oxunub: 2 421 Universal döyüşçülərin və samboçuların təlim-məşq toplanışları davam edir-VİDEOUniversal döyüşçülərimiz və samboçularımız Tofiq Bəhramov adına Respublika stadionunda təlim-məşq toplanışlarına start verib

Universal döyüşçülərimiz iyulun 26-31 tarixləri arasında Bolqarıstanın Petriç şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırlar.
Fiziki məşqlərlə yarış potensialını daha da artıran idmançılarımız yarışa tam heyətlə qatılacaqlar.
Baş məşqçi Elşən İsmayılov idmançıların bütün tapşırıqları yerinə yetirdiyini və bundan razı olduğunu deyib.

Beynəlxalq arenada öz sözünü demiş idmançımız Nicat Əliyev çempionatdan qızıl medalla qayıtmağa iddialıdır.

Yenicə sona çatmış Azərbaycan kubokunda ürəkaçan nəticə göstərən samboçularımız istirahət nədi bilmədən yeni yarışlara hazırlaşırlar.
Komandanın baş məşqçisi Səhliman Ağayev yetirmələrinin hər birindən yalnız qalibiyyət gözləyir.

Ölkəmizi 62 kq çəki dərəcəsində təmsil edəcək Cavidan Qarayev yarışa ən yaxşı ən yaxşı şəkildə hazırlaşan samboçulardan biridir.

Biz də idmançılarımıza növbəti yarışlarda uğurlar arzulayırıq.
Bolgexeber.com