BolgeXeber.Com » Xəbərlər » Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR

Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR

11-07-2017, 18:18
Oxunub: 2 955 Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLARBulvara çıxıb, dəniz mənzərəsində çay içmək istəyənlər yenə eyni problemi yaşayırlar

Dənizkənarı Milli Parkın ərazisində olan çay evləri və kafelərdəki qiymətlərdən dəfələrlə yazı yazmışıq. Ərazidə tez-tez qiymətlər dəyişir. Hətta bulvar idarəsi bununla bağlı qərar çıxarıb, amma bəzi məkanlar bu qərara uymurlar.

Musavat.com-a daxil olan şikayətlərdə deyilir ki, kafe və çay evləri yenə də sadə çay verməkdən imtina edirlər. Müştərilərə məcburi olaraq dəstgah təqdim edilir.

Bulvara çıxıb, dəniz mənzərəsində çay içmək istəyənlər yenə eyni problemi yaşayırlar. Müştərilər sadə çayın verilməmə səbəbini soruşanda isə onlara "Bizdə qiymət belədir, istəmirsən get, başqa yerdə otur" deyərək cavab verən məkan sahibləri heç bir qayda-qanuna uymurlar.

Bakıya gələn turistlərin çoxluğu obyekt sahiblərini şirnikləşdirir. Onlar bir masanı 2 manat çaya qapatmaq əvəzinə, masanı turistlərə verməyi seçirlər. Qiymətləri də iki dəfə baha təyin edib, turistləri aldadırlar.

Şikayət əsasında Dənizkənarı Milli Parka yollandıq. Bir-bir çay evlərinə və kafelərə baş çəkdik. İlk baş çəkdiyimiz məkanda ofisiant dedi ki, onlarda sadə çay verilmir.

Səbəbini soruşanda isə belə cavab verdi: "Ay qardaş, bizdə belədir. Bunun səbəbi zadı yoxdur. Rəhbərlik belə deyib, biz də hamıya bunu deyirik. Sadə çay verilmir. Yanında ən azı şokolad, mürəbbə olmalıdır".

Məkanın administratorunu çağırdıq. Ona jurnalist olduğumuzu deyib, "Niyə sadə çay vermirsiniz" sualını verən zaman cavab çox maraqlı oldu: "Kim deyir ki, sadə çay vermirik? Çay 2 manatdır, buyurun, əyləşin". Bundan sonra az öncə "Bizdə sadə çay verilmir" deyən ofisiant sözünü dandı və dedi ki, "Biz sadə çay veririk, yəqin səhv başa düşmüsünüz".

Növbəti məkanda da oxşar durumla qarşılaşdıq. Sadə çay verilmirdi. Amma burada kiçik mübahisədən sonra qaydalar dəyişdi, sadə çay təklif etdilər. Buna qədər isə belə qaydanın olmasına səbəb kimi məkanın aylıq icarəsinin çox olduğunu dedilər: "Qardaş, mən olmayım, sən ol. Ayda 1500 manat icarə veririk. Biri gəlir 2 manat çaya pul verir, 3-4 saat oturur. Bu da bizə sərf etmir".

Məkanlardan sadəcə "Lalə" adlı kafedə sadə çay məsələsində problem yox idi. 6-7 müştərinin bir neçəsi sadə çay içirdi. Ofisiantlar da onlarda hər zaman sadə çayın olduğunu dedilər.

Bakı sakinləri ilə də danışdıq. Mövcud durumdan çox narazı olduğunu deyən Sadıq Vəliyev deyir ki, kafelərin belə davranmalarının səbəbi pul hərisliyidir: "Daha çox qazanmaq, müştərindən pul çıxarmaq üçün əllərindən gələni edirlər. Adi çaydır da, oturub bir stəkan içib, duracağıq. Amma bunlara bu sərf etmir. Çünki sadə çaya görə 2 manat alırlar, amma məcbur sırıdıqları dəstgaha görə 20 manat..."

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dəfələrlə bu barədə danışıb: "Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, “mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın “Qaynar xətti”nə - 055 282 70 00, 012 480 18 36 telefon nömrələrinə zəng edə bilərlər”.

Məhəmməd Türkmən
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLARBulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR
Bulvar ərazisində yenə "sadə çay" problemi: "Hər ay 1500 manat icarə pulu veririk" - REPORTAJ, FOTOLAR