BolgeXeber.Com » Xəbərlər » Lənkəranda 14 yaşlı yeniyetmə boğularaq dünyasını dəyişib-VİDEO

Lənkəranda 14 yaşlı yeniyetmə boğularaq dünyasını dəyişib-VİDEO

11-07-2017, 18:23
Oxunub: 2 813 Lənkəranda 14 yaşlı yeniyetmə boğularaq dünyasını dəyişib-VİDEOLənkəranda 14 yaşlı oğlanın boğazında şaftalı tumu qalması səbəbilə dünyasını dəyişib

Lənkəran şəhəri Səmədzadə küçəsində yaşayan 14 yaşlı Taleh Nəsirzadə şafdalı yeyərkən tum onun boğazında qalıb. Atası Anar Nəsirzadə oğluna ilkin tibbi yardım göstərməyə çalışıb. Lakin atanın müdaxiləsi nəticə vermədiyindən Anar Nasirzadə dərhal oğlunu Lənkəran rayon mərkəzi xəstəxanasına aparıb. Lakin xəstəxanaya çatanda artıq yeniyetmə dünyasını dəyişib.
Hadisə zamanı oğluna ilkin tibbi yardım göstərən ata yüngül xəsarət alıb. Belə ki, ata oğlunun boğazından tumu çıxarmaq istəyərkən barmaqları zədələnib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspirtiziya və Pataloji Anatomiya birliyinin Lənkəran şöbəsinə aparılıb. Qeyd edək ki,hadisə zamanı ölən Taleh Nəsirzadə ailənin yeganə oğlan övladıdır. Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com