Repetitorlar vergini bu qayda ilə verəcək – Şərh
12-07-2017, 10:10
Oxunub: 2 723
Repetitorluqla məşğul olan müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun vergi ödəməlidirlər
Bu sözləri Axar.az-a açıqlamasında Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. Ekspert bildirib ki, repetitor müəllimlərin vergiyə cəlb olunması Vergi Məcəlləsinə uyğun həyata keçiriləcək:
“Həmin müəllimlər vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdırlar. Bu, artıq vergi orqanlarının işidir. Düşünürəm ki, repetitor müəllimlər vaxt itirmədən bu qanunvericilikdə özlərinə aid müddəalarla tanış olmalıdırlar. Bu prosesin həyata keçirilməsi zamanı qazanan Vergilər Nazirliyi və onun simasında dövlətimiz olacaq”.
M.Mürşüdlü həmçinin Vergilər Nazirliyinin açıqlamalarında fərdi repetitorluğun sahibkarlıq fəaliyyəti kimi qiymətləndirməsi fikri ilə razılaşmadığını bildirib:
“Çünki repetitorluq əlavə bir məşğuliyyətdir. Bu, pedaqoji, sosial fəaliyyətdir. Hər bir müəllimin bu fəaliyyəti göstərmək hüququ var. Əgər müəllim bir müəssisə yaratsa, obyekt açsa, bu obyektə hüquqi şəxs kimi rəhbərlik etsə, buna sahibkarlıq fəaliyyəti demək olar. Müəllimlərin fərdi qaydada repetitorluqla məşğul olması sosial fəaliyyət deməkdir. Müəllimlər sosial fəaliyyət kateqoriyasına uyğun olaraq da vergi ödəməlidirlər”.
Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi fərdi repetitorluğu fəaliyyəti ilə məşğul olanların yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalı olduğu haqqında məlumat yayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər