BolgeXeber.Com » Xəbərlər » General oğlunun döydüyü sürücü: “Arxadan yumruq vurdu, başım asfalta dəydi…” (VİDEO)
General oğlunun döydüyü sürücü: “Arxadan yumruq vurdu, başım asfalta dəydi…” (VİDEO)
13-07-2017, 09:19
Oxunub: 3 470
S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi “söyüş”ə görə olub
“Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov “Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə “BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:
“İyulun 3-də saat 21:30 radələrində “Memer Əməci” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli “BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.
S.Səmədov bildirib ki, general oğlunun onu döyməsi “söyüş”ə görə olub:
“Marşrutun son dayanacağında saxladım, sərnişinlərdə düşüb getdi. Mən avtobusdan düşəndən sonra “BMW”nin sürücüsü mənim yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona “maşında ana-bacı var”, o elə bilib mən ana-bacı söyüşü söydüm. Aramızda xırda mübahisə oldu, mən onun yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyəmdən bir yumruq vurdu. Mən yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü “Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”.
S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər