BolgeXeber.Com » Xəbərlər » ÜAK-ın Saxalin regional bölməsinin rəhbəri diplomla təltif edildi - FOTOLAR

ÜAK-ın Saxalin regional bölməsinin rəhbəri diplomla təltif edildi - FOTOLAR

13-07-2017, 22:42
Oxunub: 3 521 ÜAK-ın Saxalin regional bölməsinin rəhbəri diplomla təltif edildi - FOTOLARNazir Hətəmov Ali Hərbi məktəbi bitirdikdən sonra, Amur vilayətində - Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətə başlamış, bir çox vəzifələri tutaraq, "Kapitan" rütbəsinə qədər yüksəlmişdir

7NEWS.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional bölməsinin rəhbəri Nazir Hətəmov "İctimai fikir” nəşrinin ali mükafatına laiq görülüb.

Nazir Hətəmov1976-cı iliniyul ayının 10-da Laçın rayonunun Danbulaq kəndində anadan olmuşdur. Hərbçi ailəsində böyüyən Nazir Hətəmov 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra,Xabarovski şəhərində Ali Hərbi məktəbə daxil olmuşdur. 2005-ci ildə isə Vladivastok Dövlət İqtisad Universitetini bitirmişdir.

Nazir Hətəmov Ali Hərbi məktəbi bitirdikdən sonra, Amur vilayətində - Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətə başlamış, bir çox vəzifələri tutaraq, "Kapitan" rütbəsinə qədər yüksəlmişdir. Daha sonra Saxalində hərbi tapşırıq almış və Saxalin Vilayəti Hərbi Komissarlığında xidmət rəisi vəzifəsində çalışmışdır. Hərbi qulluq etdiyi müddətdə müxtəlif tərifnamə vəmedallarla təltif olunmuşdur.

Nazir Hətəmov 2012-ci ildən ehtiyata buraxılmış və hazırda Rusiya Silahlı Qüvvələrinin təqaüdçüsüdür. 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədridir. 2015-ci ildə isə Saxalin vilayəti qubernator yanında millətlərarası və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilmişdir.

Diaspor fəaliyyəti ilə də məşğul olan Nazir Hətəmov Azər KIVIHI-nın sədri Çingiz Qurbanoğlu tərəfindən "İnam Şərəf" və "Azərbaycan Bayrağı" diplomuna, Veteranlar təşkilatının medalına və "Presspark" jurnalının fəxri diplomuna layiq görülmüşdür.