Bulvarda “dəstgah”çıların – Fantastik qiymətləri
14-07-2017, 10:34
Oxunub: 3 128
Yay günlərində əhalinin istirahət etmək üçün üz tutduğu məkanlardan biri də Dənizkənarı Milli Parkdır
Burada cəmiyyətin müxtəlif zümrələrində təmsil olunan insanlara rast gəlmək mümkündür. Paytaxt sakinləri bəzən buradakı restoran və kafelərdə çayın qiymətindən, xidmət formatından narazılıq edirlər.
Məsələ ilə bağlı araşdırma aparan Axar.az bəzi məkanlarda çayın qiymətinin həddindən artıq baha olduğunu, bəzilərində isə sadə çay verilmədiyini aşkara çıxarıb.
“Rast&Cafe”də sadə çay sifarişi qəbul edilmir. Burada çay çərəz ilə 10 AZN, mürəbbə və şirniyyatlarla birlikdə isə 5-11 AZN-dir.
“Armudu” kafedə sadə çay 2 AZN, şokolad və mürəbbə ilə isə 5-8 AZN-arası dəyişir.
“Şam Bulvar” çay evində sadə çay 1 AZN olsa da, burada da sadə çay sifarişi qəbul edilmir. Siz “Şam Bulvar”da yalnız yemək sifarişi verdikdən sonra çay içə bilərsiniz.
“Mirvari” restoranında sadə çay 3 AZN olsa da, yalnız çay, şokolad, çərəz ya da çay, şokolad, mürəbbə ilə birlikdə sifariş vermək mümkündür. Bunun da qiyməti 15-25-35 AZN olur. Axşam saatlarında restoranın yuxarı hissəsində çay verilmir.
Dənizkənarı Milli Parkda ən bahalı restoran “Sahil” kafesidir. Burada adi çayın qiyməti 3.50 AZN nəzərdə tutulsa da, siz 5 nəfərlik qrup şəklində restorana getmisinizsə, adambaşına 15 manatlıq menyu sifariş verdikdən sonra çay içə bilərsiniz. Əgər qrupunuz 5 nəfərdən çoxdursa, adambaşına 7.50 AZN-lik menyu sifariş verdikdən sonra çay sifarişi vermək olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər