BolgeXeber.Com » Xəbərlər » “Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏT

“Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏT

14-07-2017, 13:08
Oxunub: 3 064 “Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏTHüseynova Səkinə bu dəfə də şirkətin əlaqə nömrələrinə zəng edərək onlardan imdad diləyib və tozsoranın servisdən qaytarılan zaman da işləmədiyini bildirib

Tərifli, güzəştli vədlərə dolu reklamlara inanan Bakının Badamdar qəsəbəsi sakini Hüseynova Səkinə Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Kontakt Home” mağazasından Almaniya istehsalı adı ilə satılan tozsoran alıb.

Ölkə.Az-a istinadən xəbər verir ki, Hüseynova Səkinə satıcının ona Almaniya məhsulu adı ilə “Fakir” markalı tozsoran satdığını deyib. O, bu barədə big.az saytına müraciətində bildirib.

Tozsoranı kreditlə alan Səkinə xanım öz tozsoranı olduğu üçün onu 1 aydan çox müddətdə istifadə etməyib. Nəhayət, onu istifadə edən zaman tozsoranın işləmədiyini və demək olar ki, toz sormadığını, tozsoranın isə Türkiyə məhsul olduğunu aşkarlayıb.

Tozsoranı aldığı şirkətə, “Kontakt Home”a zəng eləsə də, ona problemin olmadığını, süzgəci (filtrini) təmizlədikdən sonra tozsoranın daha yaxşı işləyəcəyini bildiriblər. Süzgəci təmizləyərək bir neçə gün də tozsorandan istifadə edən vətəndaş heç bir dəyişikliyin olmadığını görərək yenidən şirkətə müraciət edib. Onun telefon zənginə kobud şəkildə cavab verən şirkət əməkdaşları vətəndaşa tozsoranı Atatürk prospekti 36A ünvanında yerləşən servisə aparmağı tapşırıblar. Vətəndaş tozsoranı servisə aparıb, tozsoranı bir aydan çox müddətinə özlərində saxladıqdan sonra çətinliklə vətəndaşa qaytarsalar da, tozsoran yenə də yoxlanılan zaman işlək vəziyyətdə olmayıb.
“Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏT


Hüseynova Səkinə bu dəfə də şirkətin əlaqə nömrələrinə zəng edərək onlardan imdad diləyib və tozsoranın servisdən qaytarılan zaman da işləmədiyini bildirib. Şirkət onun şikayətini qulaqardına vursa da, dəfələrlə müraciətdən sonra servis yenidən tozsoranı şikayətçinin evindən götürərək baxışa aparıb. Bir neçə ay tozsoran servisdə qaldıqdan sonra vətəndaş onu götürmək istədiyini bildirəndə ona ödəniş etməli olduğunu deyiblər. Çaşqınlıq içində qalan alıcıya tozsoranın süzgəcinin işləmədiyini, bunun isə 25 AZN ödəniş qarşılığında dəyişdirildiyi bildirilib.

Hüseynova isə həmin məbləği ödəməkdən imtina edərək hüquqlarının bərpası üçün aidiyyəti strukturlara müraciətlər göndərib. Eləcə də, redaksiyaya müraciət ünvanlayaraq məsələnin ictimailəşdirilməsini istəyib.
Məsələ ilə bağlı big.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sözügedən müraciətin onlara da daxil olduğunu, problemin həlli üçün aidiyyəti strukturlara, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciətlər ünvanlandığını, məsələnin isə hazırda araşdırmada olduğunu bildirdi: “Sözügedən müraciət bizə də daxil olub. Biz öz növbəmizdə istehlakçının hüquqlarının təmin olunması üçün əlimizdən gələni edirik. Aidiyyəti qurumlara da müraciətlər ünvanlanıb, məsələ hazırda araşdırmadadır. Həmçinin istehlakçılar belə məsələlərdə məhkəməyə müraciət edərək hüquqlarını bərpa edə bilərlər”.
“Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏT

“Kontakt Home” şirkətinin hüquqşünası Quliyev Vurğun məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən rəsmi müraciət gəldiyini, şirkətin isə məsələ ilə bağlı rəsmi şəkildə o müraciətə cavab verdiyini bildirib: “Bizə nazirlikdən müraciət gəldi. Orada da bu məsələlər bildirilmişdi. Biz də öz növbəmizdə qeyd etdik ki, xeyr, o məhsul Almaniya məhsulu deyil, məhsulun sənədlərində də Türkiyəyə aid olduğu bildirilir. O ki qaldı vətəndaşın tozsoranının servisdə qalmasına - mən şirkətin hüquqşünasıyam, bu məsələləri bilmirəm. Əgər, həqiqətən də, orada qalıbsa, bizə müraciət etsə, məsələni araşdırıb onun tozsoranını qaytara bilərik.

Məhsula verilən zəmanət yalnız və yalnız məhsulun özünə verilir. Onun dəyişdirilə bilən hissəsinə zəmanət verilmir. Bu istehlakçıyla satıcı arasında bağlanan müqavilələrə görə də fərqlənir. Məsələn, müqavilədə göstərilə bilər ki, həmin hissələrə də zəmanət şamil edilsin”.
“Kontakt Home”dan aldı və aldandı - ŞİKAYƏT