Akif Çovdarovun oğlu da Tağı Əhmədovun mülklərindən danışdı
14-07-2017, 16:38
Oxunub: 2 853
"Tağı müəllim bir qırağa, onun hamı haqqında məlumatı ola bilər"
Hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun Bakı Metropoliteninin eks rəhbəri Tağı Əhmədovun mülkləri barədə verdiyi açıqlama və siyahı gündəmin əsas mövzularındandır.
A.Çovdarovun oğlu Ruslan Çovdarov musavat.com-a açıqlamasında atasının bu sensasion çıxışı barədə sualları cavablandırdı. Dedi ki, atasını heç kim belə bir çıxış etməyə vadar etməyib: "Nə vadar eləyəsidi ki? Həqiqətləri danışmaq üçün kiminsə, nəyinsə onu vadar etməyinə ehtiyac yoxdur".
R.Çovdarov həmçinin dedi ki, atasının bu siyahını açıqlaması tamamən məntiqli addımdır: "Gəlib iftira atan birisi bilməlidi ki, onu barəsində həqiqətlər ortaya çıxa bilər, məncə. İkincisi də bu adamlar uzun müddət xüsusi xidmət orqanlarında çalışıblar. Tağı müəllim bir qırağa,hamı haqqında məlumatları ola bilər. Məncə bu, normal bir şeydir. Çünki işləri bu olub".
R.Çovdarov eyni zamanda T.Əhmədov və onun həyat yoldaşının bu siyahını inkar etməsinə də münasibət bildirdi: "Yox, deyəcəkdi ki, doğrudur? O sualı ona verən jurnalist nə düşünürdü? Mənə maraqlıdır".
Müsahibimiz sonda atasının məlum çıxışından sonra hər hansı təhdid almadığını,narahatçılıq keçirmədiyini vurğuladı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər