BolgeXeber.Com » Xəbərlər » Prezident dəyişiklik etdi - Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyəti artdı
Prezident dəyişiklik etdi - Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyəti artdı
14-07-2017, 17:54
Oxunub: 1 894
Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib
Qanun layihəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının (Maliyyə Bazarlarına Nəzarət Palatası - red.) nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında MBNP-nin bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunacaq.
Bunadək qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında MBNP-nin iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.
Əlavə edək ki, indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirib. Ölkə başçısı tərəfindən qanunun təsdiqlənməsi ilə Fond bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.
Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, bundan sonra bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes