BolgeXeber.Com » Xəbərlər » Hava Limanı yolunda dəhşətli qəza -2 nəfər ölüb (FOTO)

Hava Limanı yolunda dəhşətli qəza -2 nəfər ölüb (FOTO)

17-07-2017, 12:12
Oxunub: 2 057 Hava Limanı yolunda dəhşətli qəza -2 nəfər ölüb (FOTO)Bu gün saat 08:30 radələrində Heydər Əliyev prospekti - hava limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bolgexeber.com-a verilən məlumata görə, hava limanı istiqamətində hərəkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

"Zərbənin təsirində avtomobillər "VAZ 2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq", - deyə məlumatda bildirilir.